Uğurun ən yaxşı yolu

Tranzit və logistikanın fərqləri nələrdir?

Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.

Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.

Bu terminlər çox vaxt bir - birini əvəz edir, yaxud da fərqləri olmadığı bilinir, lakin onlar tədarük zəncirinin iki fərqli hissəsidir. Çox fərqli görünməsələr belə, bu fərqləri başa düşmək, mallarınızın son istehlakçıya çatdırılmasında böyük bir fərq yarada bilər.

Tranzit nəqliyyat və paylama xidmətinin sürətli gedişatı üçün ən lazımlı vasitədir. Burada müştəri ən yaxşı çatdırılma marşrutu, malların səmərəli daşınması, habelə az sərmayə və təhlükəsizliyini təmin edən qənaətli qablaşdırma ilə təmin edilir.

Tranzit sahəsində malların daşınması dəmir yolu, avtomobil, hava, dəniz, kabel və ya boru kəməri vasitəsilə həyata keçirilir. Daşınan mallar isə yalnız inşaat sahəsinə deyil, bütün sahələrə aid ləvazimatlar ola bilər, həmçinin insanlarla, heyvanlar da tranzit yolu ilə daşınır.

Bu çatdırılmaların ən aktual olanı isə istehsal mallarıdır. Daşınmada bu səbəbdən malların tam təhlükəsiz daşınması və saxlanılması əsasdır.

Logistika isə materialı həm əldə etmək, həm də paylamaqla məşğul olan sahədir. Burada istehsal nöqtəsindən istehlakçıya göstərilən xidmətlər və digər məlumatlar müştəri ehtiyaclarını qarşılamaq və yerinə yetirmək üçün logistika kanalları vasitəsilə göndərilir.

Bu zaman çatdırılmadan başqa logistika menecerləri malların qablaşdırılmasını, sənədləşdirilməsini və sığortasını, saxlama, idxal və ixrac və yük zədələrinə öz üzərinə götürür. Həm də satıcı və tərəfdaş arasındakı əlaqələri idarə edərək yarana biləcək narazılıq risklərini aradan qaldırırlar. Üstəlik anbar idarəçiliyi də logistika idarəsinin bir hissəsini təşkil edir, yəni malların saxlanılması və qoruması da logistikadan asılıdır.

Bu qədər məsuliyyət tələb edən sahənin isə öhtəsindən gəlmək üçün dəqiq, plana uyğun hərəkət etmək lazımdır. Ona görə də “Prof Solutions” tranzit və logistika sahəsində istisaslaşan komandası ilə bu məsuliyyəti öz üzərinə götürür.

Daim sizin istəklərinizi əskiksiz qarşılamaq üçün çalışan komandamız istənilən materialın alınmasından tutmuş, lazımi məntəqəyə təhlükəsiz çatdırılmasına qədər olan tranzit və logistika xidmətlərini müştərilərimizə təklif edir.

Son bloq yazılarımız:

Nə üçün “Prof Solutions”?

İl boyu genişlənən neft-qaz sənayesi, artan tikinti ehtiyacları tranzit və logistikaya da marağı artırır. Bu maraq nəticəsində isə tranzit və logistika sahəsində xeyli şirkətlər yaranır.

Daha çox

Tranzit və logistikanın fərqləri nələrdir?

Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.

Daha çox
logo

Haqqımızda

Əlaqə

ProfSolutions

Xətai prospekti 34, Luxen plaza

© 2022 Profsolutions |

Sitemap