İl boyu genişlənən neft-qaz sənayesi, artan tikinti ehtiyacları tranzit və logistikaya da marağı artırır. Bu maraq nəticəsində isə tranzit və logistika sahəsində xeyli şirkətlər yaranır.
Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.
Material və avadanlıqların daşınması çətin və məsuliyyətli sahədir. Bu səbəbdən də tranzit və logistikanı “hansısa məhsulu bir yerdən başqa yerə aparmaq” kimi başa düşməməliyik.
Tərifə görə, logistika materialların və ya avadanlıqların olduqları yerdən lazım olduqları yerə daşınmasıdır. Hər kəs üçün materialların və ya avadanlıqların vaxtında və zərər görmədən onlara çatdırılması lazımdır. Xüsusən də, tikinti sahələrinə vaxtında çatdırılmalı olan ağır və qiymətli avadanlıq və materiallara ehtiyac duyulur. Bu səbəbdən də logistika planının olmaması bir neçə böyük problemə səbəb ola bilər. Yəni gecikən avadanlıqlar, əskik gələn materiallar, vaxtında çatdırılmayan və bəzən isə problemli gələn məhsulların qarşısını almaq üçün inşaat sahəsində logistikaya üz tutulur.
Ölkəmizdə artan infrastruktur layihələri, yaradılan tranzit qovşaqları neft-qaz sahəsinə olan marağı daha da artırır. Yeni yaradılan tranzit yolları isə bu sahəyə aid olan ləvazimatların daha rahat və təhlükəsiz çatdırılmasına şərait yaradır.
İl boyu genişlənən neft-qaz sənayesi, artan tikinti ehtiyacları tranzit və logistikaya da marağı artırır. Bu maraq nəticəsində isə tranzit və logistika sahəsində xeyli şirkətlər yaranır.
Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.
ProfSolutions
Xətai prospekti 34, Luxen plaza
© 2023 Profsolutions |
Sitemap